Avqustunun 3-də Türkiyənin 11-ci prezidenti Abdullah Gül Qətərin paytaxtı Dohaya səfər edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində Abdullah Gülün Qətər Əmri Şeyx Tamim bin Hamad əl-Sani və sələfi olan atası Hamad bin Xəlifə əl-Sani ilə görüşü nəzərdə tutulub.
Belə ki, görüş zamanı Körfəz böhranının həlli istiqamətində fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Gülün səfəri “Qətər həmrəyliyi” çərçivəsində baş tutub.
Anar
Gununsesi.info