
Gülhanə Hərbi Tibb Akademiyası (GHTA) və Hərbi Xəstəxanaları haqında yeni üsul və qaydalar qüvvəyə minib.
Gnunsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin müraciətinə əsasən, 669 saylı Fövqəladə Hal çərçivəsində bəzi tədbirlərin alınması və Milli Müdafiə Universiteti Qurulması ilə bağlı bəzi qanunlarda dəyişiklik edilməsinə dair qanundan irəli gələn qərarnaməyə əsasən müvaviq maddəyə görə, 15 Avqust 2016-cı ildə Nazirlər Kabinetində qərarlaşdırılıb. Belə ki, qərara görə, Gülhanə Hərbi Tibb Akademiyası (GHTA) və Hərbi Xəstəxanaları Səhiyyə nazirliyinin sətəncamına verilib.
Gülnaz Qənbərli
Gununsesi.info