“Gülhanə”nin də adı dəyişdirildi

  • By admin
  • 27 Avqust 2016 13:40

gulhane

Türk Silahlı Qüvvələri üçün hərbi-tibbi kadrlar hazırlayan Gülhanə Hərbi Tibb Akademiyasının (GHTA) adı dəyişdirilib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dünən hospitalın adı yazılan lövhə də dəyişdirilib. Bundan sonra Gülhanə Hərbi Tibb Akademiyası Gülhanə Tədris və Araşdırma Xəstəxanası adlandırılacaq.

Qeyd edək ki, Gülhanə Hərbi Tibb Akademiyasının adı dəyişdirilməsi məhz  Türkiyədəki hərbi hospitalların Baş Qərargahın tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeçiliyinə verilməsi ilə bağlı rəsmi qərarla əlaqədar olub.

Anar

Gununsesi.info