Güllələnən şəxs hakimə belə etiraz etdi - BAKIDA OLAY (VİDEO)

  • By admin
  • 06 Sentyabr 2017 11:18
59af9f5ec8199_21442153_1462659577161329_1644032508_n
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zərərçəkən şəxs yarıçılpaq soyunaraq hakimə etiraz edib.
Gununsesi.info “qafqazinfo”ya istinadən xəbər verir ki, Sənan İsmayılov məhkəmə binasının girişində, yolun ortasında köynəyini çıxarıb.
S.İsmayılovun belə hərəkət etməsinə səbəb isə onu güllələyərək yaralayan Vəli Əhmədova yüngül cəza verilməsidir.
Hakim Fikrət Qəribov Rusiya vətəndaşı olan V.Əhmədova 5 il azadlıqdan məhrum etmə cəzası verib. İstintaq V.Əhmədovun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirsə də, F.Qəribov bu maddəni qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edərək cəzanı yüngülləşdirib.
Zərərçəkən S.İsmayılov da hakimin bu qərərına belə etiraz edib.
Prokuror isə V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Gununsesi.info