Gülməyin sağlamlığa faydaları

  • By admin
  • 31 Mart 2021 21:10

Gülmək, gülümsəmək insanı gözəlləşdirməklə yanaşı sağlamlıq baxımından da faydalıdır.

Oksford elm adamlarının araşdırmalarına görə gülmək sadəcə bizi xoşbəxt edən endorfinin ifrazına kömək etmir, həm də ağrını azaldır. Bu, gülmək zamanı ciyərlərdən bayıra atılan hava əsasında əldə edilir.

Gülmək zamanı əzələlər dartılır, gəvşəyir. Bir insan gündə 10 dəqiqə qəhqəhə atarsa, 30 kalori yandırmış olar.

Həmişə gülümsəyən qadın qarşı cins tərəfindən cazibədar hesab edilir.

Gülmək səmimiyyət, yaxınlıq kimi hisslər yaradır. Beyindəki güvənsizlik duyğusu yox olur.

Kollektiv şəkildə gülmək qrupun ruhunu canlandırır, “biz” duyğusunu formalaşdırır.

Qəhqəhə atmaq daxildə basdırılmış duyğuların bayıra atılmasına və insanın yenidən enerji yığmasına kömək edir.

Gülmək yüksək təzyiqi aşağı salır.

Gülümsəmək və bol-bol qəhqəhə atmaq yaşlanmanı gecikdirir.

Qəhqəhə atarkən hiss edilən ağrı 10 % azalır.

Gülərkən otonom sinir sistemi hərəkətə keçərək stress hormonlarının səviyyəsini müsbət yöndə dəyişir.

Gülmək ciyərləri genişləndirir, əzələləri gəvşədir, oksigen qəbuluna kömək edir.

Həyatı uzadan gülüşü ömrünüzdən əskik etməyin.Pozitiv və səmimi günlərə!

Gununsesi.info