Gülnarəyə qarşı yeni ittihamlar

  • By admin
  • 08 Dekabr 2019

Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni ittiham irəli sürülüb.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş prokurorluğunun mətbuat xidməti yayıb.

Belə ki, istintaq zamanı Gülnarənin öz yaxın adamlarından ibarət bir neçə cinayətkar qrup yaratdığı üzə çıxıb. Sabiq Prezident qızı ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərərək onları öz əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib. Dəymiş zərərin 165 milyon dollar olduğu bildirilir.

Mütəşəkkil cinayətkar qrup yaratmaqda günahlandırılan Kərimovaya qarşı dələduzluq və oğurluq maddələri ilə yeni ittiham irəli sürülüb.

 

Gununsesi.org