Gülnarə Kərimova atasının dəfnində iştirak etmir

  • By admin
  • 03 Sentyabr 2016 14:19

guli1

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dəfn mərasimində böyük qızı Gülnarə iştirak etməyib. Bunu Səmərqənddəki vida mərasimindən yayılan fotoşəkillərdən də görmək mümkündür.

Gununsesi.info “Azadlıq” radiosunun özbək bürosuna istinadən verdiyi məlumata görə, vida mərasiminə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici qonaqlar və İslam Kərimovun yaxınlarının qatıldığı bildirilir. Gülnarə Kərimovanın dəfn mərasiminə gəlməsi barədə isə heç bir məlumat yoxdur.

Xatırladaq ki, Gülnarə Kərimova atası ilə yaranmış münaqişəyəyə görə 2014-cü ildən ev dustağıdır. Hətta İslam Kərimov onu döymüşdü. Sonralar isə Gülnarə Kərimovanın prezidentin mühafizə xidmətinin əməkdaşları tərəfindən bir neçə dəfə döyülməsi barədə xəbərlər yayılıb.

Gununsesi.info