Gülnarə Kərimovanın İsveçrədəki pulları ölkəyə qaytarılır - ANLAŞMA

  • By admin
  • 14 Sentyabr 2020 10:16

İsveçrə Özbəkistanla mərhum Özbəkistan prezidentinin böyük qızı Gülnara Kərimovaya qarşı çirkli pulların yuyulması istintaqı çərçivəsində müsadirə olunan əmlakın Orta Asiya ölkəsinə qaytarılması şərtləri ilə razılaşıb.

Gununsesi.info-nun xarici mediaya verilən xəbərə görə, iki ölkənin imzaladığı müqavilədə 2012-ci ildə Gülnara Kərimovaya məxsus İsveçrə hesablarından ələ keçirilmiş 131 milyon dollar (CHF119 milyon) dəyərində mal varlığı Özbəkistana qaytarılacaq.

İsveçrə hökuməti qanuni qüvvəyə minməmişdən əvvəl rəsmiləşdirilməli olan müqavilənin Özbəkistanın “Özbəkistan xalqının yaşayış şəraitini yaxşılaşdırmaq üçün” istifadə etməsini, vəsaiti davamlı layihələrə yatırmasını və şəffaf monitorinqi təmin etməsini tələb edəcək.

Qeyd edək ki , hazırda Gülnarə Kərimova Özbəkistanda həbsdədir.

Gununsesi.info