Gülnara Kərimova haqqında şok iddia

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 17:50

11

Sentyabr ayında beyin qanaması keçirərək dünyasını dəyişən 78 yaşlı Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnara Kərimova iddialara görə, hazırda ruhi-əsəb xəstəxanasına yerləşdirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülnara Kərimovanı ruhi-əsəb xəstəxanasına yerləşdirən və onu orada zorla saxlayan hazırda prezident səlahiyyətlərini icra edən Şövkət Mirziəyevdir.
Qeyd edək ki, Özbəkistanın ən zəngin qadını sayılan Gülnara Kərimova özünü atasının sağlığında İslam Kərimovdan sonra ölkəni lideri olaraq hazırlayırdı.

Anar
Gununsesi.info