Gülşən üzr istədi - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşən İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra saxlanılıb. Müğənni bu əməlinə görə üzr istəyib.

Gununsesi.info xəbər verir ki, Gülşən bu haqda sosial şəbəkədə paylaşım edib.

HTML tutorial

Gülşən, “Sözlərimdən narahat olan və inciyən hər kəsdən üzr istəyirəm” deyə qeyd edib.

Qeyd edək ki, müğənninin aprel ayında verdiyi konsertdə İmam Hatip məzunu olan bir şəxsə müraciət etdiyi “Əvvəllər İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri böyük səs-küy yaradıb. Sosial mediada qısa müddətdə “Gülşən həbs olunsun” etiketi gündəm olub.

Gununsesi.info