Gültəkin Hacıbəyli Rabitə Nazirliyindəki korrupsiyadan yazdı - HƏLƏ DƏ AA SERİYALI MAŞINDA GƏZİRLƏR

  • By admin
  • 22 Noyabr 2016 13:31

gult

Sabiq millət vəkili Gültəkin Hacıbəyli özünün sosial şəbəkədəki  hesabında “MTN İşi” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyindəki şəxslərin istintaqa verdikləeri ifadələrə münasibət bildirib. Qeyd edək ki, həmin ifadələrdə nazir və onun müavinləri bu qurumdakı korrupsiyanı və aldıqllları “paket” maaşlar barəsində istintaqın suallarını cavablandırıblar.

Gununsesi.info sabiq deputatın  bu məsələ ilə bağlı qeydlərini təqdim edir:

“Evində uşağı acından ölməsin deyə qonşusundan iki toyuq oğurlayanların beş il həbs cəzası alıb həbsdə yatdığı ölkənin hər ay otuz min manat “paket” aldığını rəsmi ifadəsində istintaqa etiraf edən nazir müavinləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki rahat kabinetlərində oturur, AA seriyalı xidməti maşında gəzirlər”.