Gültəkin Hacıbəyli sərbəst buraxılıb - MƏHKƏMƏ OLACAQ, ONDAN ŞİKAYƏTÇİ OLAN ŞƏXS KİMDİR?

  • By admin
  • 30 Noyabr 2022 09:39

Gültəkin Hacıbəyli Nəsimi Rayon Polis İdarəsindən Nəsimi Rayon Məhkəməsinə aparılıb və oradan da sərbəst buraxılıb.

Bu barədə Gununsesi.info-ya vəkil Bəhruz Bayramov deyib.

HTML tutorial

Onun sözlərinə görə, Gültəkin Hacıbəyli barəsində ittiham üzrə məhkəməyə getmədiyi üçün axtarış elan edilib: “Gültəkin xanım Avropada olduğundan bu çağırışlar ona çatmayıb. Ümumiyyətlə, məhkəməyə verilməsindən xəbərsiz olub. Ona görə də hava limanında saxlayıblar. İcraat təzələndi, hazırda iş davam edir. Dekabrın 8-də məhkəmə prosesi olacaq”.

Gununsesi.info-ya açıqlamasında isə Gültəkin Hacıbəyli sosial şəbəkədə bir nəfər şəxslə mübahisəsinə görə məhkəməyə verildiyini deyib: “Leyla Arif adlı birisidir. Tanımıram. Separatçılıq edir. Hər zaman azərbaycanlıları təhqir edr. Türk millətinə nifrəti var. Mən ona demişəm ki, bölücülük edirsən”.

Günay

Gununsesi.info