Gültəkin Hacıbəylidən şikayətçi olanın kimliyi bilindi - AÇIQLAMA

  • By admin
  • 30 Noyabr 2022 12:31

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (böhtan) ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən sabiq deputat Gültəkin Hacıbəyli ona qarşı iddia qaldıran şəxsin  kimliyi açıqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkə hesabında yazan sabiq deputat bildirib ki, bu, sosial şəbəkə üzərindən tanıdığı Leyla Arif adlı birisidir: “Əlikram Hümbətov kimi xaini, erməni agentini təbliğ edib, onunla silsilə müsahibələr edib “Talış-Muğan Respublikası” kimi separatçı qurumun mövcudluğuna haqq qazandıran, mərhum prezident Əbülfəz Elçibəyi, milli hökuməti və müxalifəti faşist adlandıran, türk millətini sistemli şəkildə təhqir edən, aşağılayan birinə separatçı demək cinayətdirsə, bəli, mən cinayətkaram və bununla qürur duyuram. Mən bu yolda nəinki azadlığımı, canımı da sevə-sevə qurban verərəm”.

HTML tutorial

Xatırladaq ki, Gültəkin Hacıbəyli bu gecə saatlarında Belçikadan Bakıya dönərkən hava limanında saxlanılıb.

Nəsimi rayon Məhkəməsinə aparılan siyasətçiyə barəsində xüsusi ittiham qaydasında iş olduğu deyilib.

Qeyd edək ki, sosial şəbəkədə aktiv olan bu şəxs hazırda hesabını dondurub.

Günay

Gununsesi.info