Gültəkin Hacıbəylinin etirazı təmin edilmədi

  • By admin
  • 16 Yanvar 2023 12:37

Sabiq deputat Gültəkin Hacıbəylinin Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynova qarşı verdiyi etiraza baxılıb.

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Gültəkin Hacıbəylinin etirazı təmin olunmayıb. İş materialları yenidən araşdırılması üçün Nəsimi rayon Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Gültəkin Hacıbəyli etiraz vermişdi. Etiraza baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.

Gültəkin Hacıbəyli Cinayət Məcəlləsinin 147.2-cu (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur. Bu maddədə 2 ilədək islah işləri və ya 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da eyni müddətə azadlıqdan məhrum nəzərdə tutulub.

Leyla Arif iddia edib ki, Gültəkin Hacıbəyli Facebook sosial şəbəkəsində müzakirələr zamanı onu Əlikram Hümbətovdan müsahibə aldığına görə “separatçı” adlandırıb.

Gununsesi.info