Gültəkin Hacıbəyli ilə bağlı qərar verildi

  • Müəllif: Ayshan
  • 15 Dekabr 2025 19:11

Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.

Gununsesi.info xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

Gültəkin Hacıbəyli 3 gün öncə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirildiyini bildirib.

Gültəkin Hacıbəyli noyabrın 30-da Türkiyədə saxlanılıb. Ondan daha öncə isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim saxlanılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Onların həbsi Prezident Admistrasiyasnın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə davam edən istintaqla bağlıdır.

Qeyd edək ki, Gültəkin Hacıbəyli Azərbaycana göndərilməsini insan hüquqlarının pozulması kimi qiymətləndirib. O bildirib ki, Azərbaycan cəmiyyəti baş verənlərdən dolayı təəssüf hissi keçirir.

Gununsesi.info