Günəşdə 31 dəqiqə davam edən böyük partlayış qeydə alındı

  • By Günel
  • 10 Noyabr 2024 17:44

Alimlər Günəşdə X sinfinə yaxın güclü partlayış qeydə alıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Noyabrın 10-da saat 15:06-da (Bakı vaxtı ilə 16:06) 3889 (S07E26) Günəş ləkələri qrupunda rentgen diapazonunda 31 dəqiqə davam edən M9.5 partlayışı aşkar edilib”, – məlumatda qeyd olunub.

Gununsesi.info