“Günəşli” qaz yatağında baş verən qəzaya və yanğına görə günahkarlar cəzalandırılacaq - XALİQ MƏMMƏDOV

  • By admin
  • 27 Sentyabr 2016 14:11
566477a5b6194
“Günəşli” qaz yatağında baş verən qəzaya və yanğına görə günahkarlar cəzalandırılacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov deyib.
Onun sözlərinə görə, ilk mərhələdə qarşıda duran vəzifə orada olan insanların həyatını xilas edib, qəzanı aradan qaldırib, fontanı ram etmək idi.  “Allaha şükür, bunu bacardıq. Əlbəttə növbəti mərhələ də hadisənin baş vermə səbəblərinin və səbəbkarları araşdırılacaq. Gələcəkdə belə oxşar halların təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görüləcək. Bu tədbirlər sırasında təbii ki, günahkarların tapılıb cəzalanddırılması da daxildir”- deyə, X. Məmmədov  bildirib.
Mürtəza
 
Gununsesi.info