“Günəşli” yatağında  yanan quyunun bərpa işlərinə başlanılıb -VİTSE PREZİDENT

  • By admin
  • 27 Sentyabr 2016 12:28
gunesli
“Günəşli” yatağında baş verən yanğında  xəsarət alan olmayıb və  hazırda  yanan quyunun və platformanın yanan yerlərinin bərpa işlərinə başlanılıb.
Bunu Gununsesi.info-ya  SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov deyib.
Onun sözlərinə görə, görülən operativ, təhlükəsizlik və təxliyyə planına uyğun tədbirlər nəticəsində xəsarət alan olmayıb: “Hazırda quyunun və platformanın yanan yerlərinin bərpası işlərinə başlanılıb”.
SOCAR-ın vitse-prezidenti X. Məmmədov onu da əlavə edib ki, yanğının söndürülməsində  yüksək peşəkarlıq göstərmiş FHN-nin rəhbərliyi və şəxsi heyəti, XDG-nin rəhbərliyi və şəxsi heyəti, SOCAR Fotana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası, növbədə olan neftçilər hər cür tərifə laiqdirlər.
X.Məmədov bildirib ki, “Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda açıq fontanın söndürülməsi və digər təhlükəsizlik tədbirlərinə yerində rəhbərlik etmək üçün sentyabrın 26-da  axşam saat 22-00 də SOCAR Prezidenti Rövnəq Abdullayev hadisə yerinə gəlib. SOCAR prezdenti R. Abdullayev, FHN-nin nazir müavini Etibar Mirzəyev, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Rauf Vəliyev, Azneft İb -nin baş direktoru Daşqın İskəndərov, NQETL insitutunun direktoru Fəxrəddin İsmayılov səhərə qədər qəzanın aradan qaldırılması tədbirlərinə birbaşa rəhbərliyi həyata keçiriblər: “Məhz onların rəhbərliyi altında görülən tədbirlərin nəticəsində yangının qarşısını almaq mümkün olub”.
Mürtəza
Gununsesi.info