Günəşdə gün ərzində gücünə görə sondan əvvəlki – M sinfinə aid üçüncü alışma qeydə alınıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Moskva vaxtı ilə iyunun 30-da saat 15:57-də (Bakı vaxtı ilə 16:57 – red.) rentgen diapazonunda 4475 (S07W53) ləkələr qrupunda 37 dəqiqə davam edən M5.9 sinifli alışma qeydə alınıb”, – məlumatda qeyd olunub.
Bundan əvvəl M sinfinə aid daha iki – M1.3 və M1.4 sinifli alışmanın baş verdiyi bildirilmişdi.
İyunun 30-da səhər Günəşdə sondan əvvəlki M güc sinfinə aid olan iki partlayış qeydə alınıb.
Gununsesi.info-nun TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“İyunun 30-da Moskva vaxtı ilə saat 04:16-da (Bakı vaxtı ilə saat 05:16) 4475 günəş ləkəsi qrupunda (S08W48) rentgen diapazonunda 115 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 09:40-da 4479 günəş ləkəsi qrupunda (N16W03) rentgen diapazonunda 39 dəqiqə davam edən M1.4 partlayışı qeydə alınıb”, – deyə hesabatda vurğulanıb.
Sonuncu dəfə bu sinifdən olan partlayışlar iyunun 21-də baş vermişdi.
Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutundan bildirilmişdi ki, əgər yaxın iki-üç gün ərzində baş verərsə, praktiki olaraq, günəşdə istənilən yüksək sinifli partlayış Günəşin planetə baxan tərəfində böyük aktiv mərkəzlərin yerləşməsi səbəbindən Yer kürəsinə frontal zərbə vuracaq.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.












