“Günəşli” yatağında daha bir quyuda qazma işlərinə başlanılıb

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 19:47

7b97c698-20b2-4313-aa0e-6ce7034e7335_292

 

SOCAR-AQŞ “Günəşli” yatağındakı 7 nömrəli stasionar dəniz özülündən 317 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən Gununsesi.info-ya verilən məlumata görə, quyunun fasilə lay dəstəsinə (FLD) qazılması planlaşdırılır.

Layihə dərinliyi 2 850 metr təşkil edən quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

 

Gununsesi.info