Günahsız adamlar azadlıqdan məhrum olunmamalıdır- AVROPA ŞURASININ BAŞ KATİBİ BÜTÜN SİYASİ MƏHBUSLARI AZAD ETMƏYƏ ÇAĞIRIR

Günahsız adamlar azadlıqdan məhrum olunmamalıdır

“Tanınmış insan haqları müdafiəçisi İlqar Məmmədovun beş ildən çox həbsxanada qalandan sonra bu gün azadlığa buraxılması barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı alqışlanmalıdır”.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland avqustun 13-də belə bir bəyanatlaçıxış edib.

O bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarları yerinə yetirilməlidir.

 “Avropada siyasi məhbusların mövcudluğunu qəbul edə bilmərik. Günahsız adamlar azadlıqdan məhrum olmamalıdırlar”, – deyə Yaqland qeyd edib.

AŞPA-nın İnsan Haqları üzrə komissarı Dünya Myatoviç də İlqar Məmmədovun azadlığa buraxılma xəbəri ilə bağlı fikirlərini bölüşüb.

“Mən Azərbaycan hakimiyyətini ona qarşı bütün ittihamları ləğv etməyə və səyahət qadağasını qaldırmağa çağırıram”, – deyə o, bildirib.

Miyatovuç qeyd edib ki, Azərbaycan insan haqları ilə bağlı öhdəliklərini yerinə yetirməli və tənqidi fikirlərinə görə həbsdə olan bütün digər şəxsləri azad etməlidir (amerikaninsesi.org).

COMMENTS