Günay Əfəndiyevaya “Çingiz Aytmatov” medalı verildi

  • By admin
  • 13 Yanvar 2022 17:40

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın və bütün Türk Dünyasının böyük yazıçısı Çingiz Aytmatov medalı ilə təltif olunub.

Günay Əfəndiyeva bu medala Çingiz Aytmatov irsinin, Qırğızıstanın və bütövlükdə, Türk Dünyasının zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasi istiqamətində çoxşaxəli fəaliyyətinə görə layiq görülüb. Medal Fondun prezidentinə Qırğız Respublikasının Azərbaycan Respublikasındaki fövqəladə və səlahiyyətli səfiri cənab Kayrat Osmanaliyev tərəfindən təqdim olunub.

HTML tutorial

Qeyd edilməlidir ki, ötən illər ərzində Fond ilə təşkilatın qurucu üzv dövlətlərindən olan Qırğızıstan arasında əməkdaşlıq çərçivəsində müxtəlif səviyyəli görüşlər baş tutmuş və Qırğızıstanın mədəni irsinin təbliği ilə bağlı layihələr həyata keçirilmişdir. Fond tərəfindən Azərbaycanda görkəmli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilmiş, ədibin “Cəmilə” povesti əsasında qırğız dilində hazırlanmış tamaşa nümayiş etdirilmişdir. Həmçinin, Qırğızıstanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanaliyev Fondu bir neçə dəfə ziyarət edərək, təşkilatın kitabxanasına Qırğızıstanın mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən kitablar, Fondun muzeyinə isə – qədim qırğız musiqi aləti komuz bağışlamışdır.

 

Gununsesi.info