‘Günay Bank’dakı əmanətlərin cəmi 43 faizi qaytarılır

Bu il mayın 17-də Mərkəzi Bank “Günay Bank”ın bağlanması barədə qərar qəbul etmişdi. Rəsmi açıqlamada bildirilirdi ki, qərarın səbəbi bankın məcmu kapital miqdarının banklar üçün müəyyənləşdirilmiş minimumdan az olmasıdır. Bu üzdən Mərkəzi Bank həmin maliyyə qurumunun müflis elan edilib ləğvi barədə məhkəməyə üz tutmuşdu. Belə hallarda haqlı sual ortaya çıxır: Bankda saxlanılan depozitlərin aqibəti necə olacaq?

“Günay Bank”ı Əmanətlərin Sığortalanması Fondu ləğv etməlidir, çünki bu iş ona tapşırılıb.

Gununsesi.info xəbər verir ki, bugünlərdə fondun icraçı direktoru Tural Piriyev “Günay Bank”ın əmanətlərinin qaytarılmasına dair açıqlama verib. Həmin açıqlamada səsləndirilən rəqəmlər “Günay Bank”da saxlanılan vəsaitlərin aqibətinə dair bəlli təsəvvür yaradır.

 

Gununsesi.info