Günay İbrahimli yeni klipini təqdim edəcək

  • By admin
  • 06 İyun 2016 18:07

 

gunay1

Gununsesi.info xəbər verir ki, müğənni yeni klipini fanatlarına təqdim etmək niyyətindədir. “Sən məndən gedən gündən” adlı mahnıya çəkilən  klipin çəkilişləri artıq yekunlaşıb. Bu klipində stilist Anar Ağakişiyevlə birgə  çalışan Günay İbrahimli gununses.info-ya müsahibə zamanı  iş prosesindən razı qaldığını bildirib:

“Çəkilişlər 3 gün ərzində davam etdi. Stilist Anara  fərqli obraz yaratdığı üçün  təşəkkürümü bildirirəm. Çəkiliş prosesindən də çox razı qaldım, klip  maraqlı alınıb. Düşünürəm məni sevənlər də bəyənəcək. Tezliklə “youtube” kanalımda izləyə biləcəksiniz. Bu klipə təqdimat etməyi isə düşünmürəm. ”