Günay Məmmədzadə Aslan İsmayılovun oğlu ilə evləndi -Fotolar

  • By admin
  • 01 Dekabr 2021 09:02

Qadın şahmatçılardan ibarət millimizin üzvü Günay Məmmədzadə ailə həyatı qurub.

Gununsesi.info xəbər verir ki, Avropa çempionatının ikiqat bürünc mükafatçısı, tanınmış vəkil Aslan İsmayılovun oğlu Ziyəddin Aslanla evlənib.

Toy mərasimindən fotoları Günayın özü və yaxınları, qrossmeysterimiz Şəhriyar Məmmədyarov da sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, Günay Məmmədzadə Azərbaycan tarixində ən yüksək FİDE reytinqinə malik qadın şahmatçıdır.


Gununsesi.info