Daha bir azərbaycalı “O səs Türkiyə”də zalı coşdurdu – Video

  • By arzu
  • 25 Noyabr 2019

TV 8 kanalında efirə yayımlanan “O səs Türkiyə” musiqili yarışmasına daha bir azərbaycanlı qatılıb.

Gununsesi.org xəbər verir ki, həmyerlimiz Günay Bəylərqızı reytinqli layihənin dünənki buraxılışında səhnə alıb.

Günay Bəylərqızı “Saçlarını yol gətir” adlı türk mahnısını ifa edib. Azərbaycanlı xanım zalda əyləşən tamaşaçıların istəyi ilə mahnını yenidən oxuyub.

 Onun ifası 4 münsifi də təəccübləndirib və onlar həmyerlimizi öz komandalarına almaq üçün mübarizə aparıblar. Bəylərqızının seçimi isə Murad Boz olub.

 

 

Gununsesi.org