
Uzun müddət Özlem Yıldız ilə sevgili olan biznesmen Öncü Sönmez ötən gün İstinye Parkda paparassilərə hədəf olub.
Gununsesi.info “Hürriyet”ə istinadən xəbər verir ki, biznesmen restoranların birində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva ilə yemək yeyərkən görüntülənib. Onlar şəkillərinin çəkildiklərini görüb ayrı-ayrı maşınlarla məkandan ayrılıblar. Daha sonra Nişantaşında yenidən görüşən ikili bu dəfə kameralardan qaça bilməyiblər. Günay Musayeva şəkillərin yayılmamasını jurnalistlərdən xahiş etsə də, fotolar Türkiyə mətbuatında yayılıb.
Qeyd edək ki, Türkiyə mətbuatı onların eşq yaşadığını iddia edir.
Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Gununsesi.info