Reket baş redaktor yenə həbs olundu

  • By ilhame
  • 13 Yanvar 2024 19:13

“Gündəlik Bakı” qəzetinin və eyniadlı saytın təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb.

 

Gununsesi.info-nun məlumata görə, H.Vəliyev barəsində Daxili İşlər Nazirliyinə bir neçə vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

 

Məlumatı DİN-dən təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, müxtəlif adlar altında bir neçə sayt idarə edən Habil Vəliyev bir neçə il əvvəl hədə-qorxu cinayətlərinə görə həbs olunmuşdu.

Görünür, həbsxanada islah olunmayan Habil Vəliyev daha bir neçə ilini cəzaçəkmə müəssisəsində keçirməli olacaq.

Habil Vəliyevin özünü cəzasızlıq mühitində hiss etdiyi dövr Eldar Mahmudovun MTN-nə rəhbərlik etdiyi müddətə təsadüf edib.

Adıçəkilən nazirliyin ATM-in mediadakı adamı olan Habil MTN-in sifarişi ilə çoxsaylı şəxslər haqqında böhtan xarakterli yazılar dərc edib. Bu yazılardan sonra həmin şəxslər MTN tərəfindən hədəfə alınıb.

 

 

Gununsesi.info