Gündəlik yoluxma azaldı, 17 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 369853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339327 nəfər müalicə olunaraq sağalıb, 5170 nəfər vəfat edib, aktiv xəstə sayı 25356 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9695, ötən müddət ərzində isə ümumilikdə 4220135 test aparılıb.