Gündəlik yoluxma yenidən ARTDI

  • By admin
  • 21 Avqust 2022 19:26

Azərbaycanda koronavirus infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.

İndiyədək ümumilikdə 808 569 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9785 nəfər vəfat edib, aktiv xəstə sayı 3674 nəfərdir.

Son sutka ərzində 3700, hazırkı dövrədək isə 7 129 436 test aparılıb.

Gununsesi.info