“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub

  • By admin
  • 07 Oktyabr 2016 11:45

sirin

“Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub.

Gununsesi.info missiya.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ş.Çəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar.
Ş.Çəfərinin xanımı ilə əlaqə saxlanıb. O, faktı təsdiq etsə də yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: “Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”.

Gununsesi.info