Günel “Banu”dan getdi -VİDEO

“Space TV”də yayımlanan “Banu” verilişinin heyətində dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, proqramın uzun illərdir aparıcı olan Günel Həsənzadə layihədən ayrılıb. Verilişə aparıcılıq etmək isə şairə Nazilə Səfərliyə həvalə olunub. O, bununla bağlı payılaşım edib:

“Space TV”nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də üzüldüm. Mənə də asan olmayacaq, “Banu” izləyicilərinin könlünü almaq. Günel xanım ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçdü.

Bu missiyanı mənə güvənərək həvalə edən “Space” televizyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Təbrikləriniz üçün çox sağolun!
Niyyətin hara, mənzilin ora. Qapılarınıza toya gələk”.

 

Şəbnəm

Gununsesi.info