Güney Azərbaycanda azərbaycanlı fəal həbs olundu

Azərbaycanlı idmançı və ətraf mühit fəalı Mehdi İrfani şənbə günü, aprelin 26-da İranın ən azı 10 hökumət məmurunun onun evinə hücumu nəticəsində həbs edilib.

Gununsesi.info Azadİrana istinadən xəbər verir ki, Mehdi İrfaninin həbsi döyülmə ilə müşayiət olunub və rejimin məmurları onun evində axtarış apardıqdan sonra kompüteri, mobil telefonu, kitabları və s. şəxsi əşyalarını da müsadirə ediblər.

Hələlik azərbaycanlı gəncin həbsinin səbəbi, irəli sürülən ittiham və saxlanma yeri barədə məlumat verilmir.

 

 

Şəbnəm

Gununsesi.info