Güneyli siyasətçi: “Heç kim Xameneinin icazəsi olmadan İranda yerləşən səfirliklərə hücum edə bilməz” - FOTO

  • By admin
  • 27 Yanvar 2023 15:02

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Tehrandakı səfirliyimizə olan silahlı hücumla bağlı açıqlama yayıb.

Gununsesi.info xəbər verir ki, hərəkatın üzvü Elyar Türker öz “Twitter” səhifəsində yazıb:

“Birmənalı deyirəm, heç kim qondarma dini lider Xameneinin icazəsi olmadan İranda yerləşən səfirliklərə hücum edə bilməz. Bu dəfə İran öz başına atəş açıb. İndi gözləyin və görün nə olacaq. Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu pisləyirəm”.

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.

Gununsesi.info