Ac-susuz İstanbul hava limanında gecələyən 33 tələbə Azərbaycan hökumətinin köməyini gözləyir – BAŞ KONSUL İSƏ SUSUR - VİDEO

  • By arzu
  • 14 May 2020 11:04

Hazırda Azərbaycan-Türkiyə sərhədinin bağlanması səbəbindən İstanbulda qalan tələbələr vətənə gələ bilmirlər.  Azərbaycan vətəndaşı olan 33 tələbə İstanbulda Azərbaycan dövlətinin köməyini gözləyirlər. Onlar ölkəyə geri qayıtmaq istəsələr də, buna nail ola bilmirlər.

Bu barədə Gununsesi.org-a həmin tələbələr özləri bildirib. Onlar qeyd edirlər ki, 11 may 2020-ci ildə Azərbaycanın İstanbuldakı Baş konsulluğuna getsələr də, onların vəziyyətləri ilə maraqalanan tapılmayıb. Hazırda İstanbulda hava limanında toplaşmağa məcbur qalan 33 tələbə öz ölkələrinə gəlmək üçün Azərbaycan hökumətindən kömək istəyirlər.

Tələbələrin durumu ilə bağlı Türkiyənin yetkililəri də Azərbaycan Xarici İşlər Nazirliyini xəbərdar ediblər. Türkiyə rəsmiləri Azərbaycan hökumətinə tələbələrin bir neçə gündür ac-susuz hava limanında gecələdiyini bildirib.

Gununsesi.org-un əməkdaşı Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev ilə quraraq məsələyə aydınlıq gətirmək istəyib. Ancaq davamlı telefon zənglərinə baxmayaraq, Baş konsul məsələ ilə bağlı zənglərə cavab verməyib.

 

 

 

 

33 tələbə İstanbulda qalıb…

Publicerat av GUNUNSesi.info Onsdag 13 maj 2020

 

Gununsesi.org