Səlim Müslümovun həbsi xəbəri yayılıb

  • By admin
  • 03 Fevral 2021 11:40

Sosial şəbəkələrdə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbsi barədə xəbərlər yayılıb.

 

Gununsesi.org-un əməkdaşı bu xəbərə aydınlıq gətirmək üçün sabiq nazirin telefonuna zəng edib. Çoxsaylı cəhdlərimizə baxmayaraq, telefona cavab verən olmayıb. İddialara görə onun nazir işlədiyi dönəmə aid çoxsaylı korrupsiya faktları üzə çıxıb. Həbsinin səbəbinin bu olduğu deyilir.

Gununsesi.org