“Gününsəsi”-nə məhdudiyyətlər beynəlxalq hesabatda

  • By admin
  • 11 Dekabr 2019 11:57

Son zamanlar bəlli olmayan səbələrdən Aztelekom tərəfindən Gununsesi.org saytına ölkə daxilindən girişdə məhdudiyyətlər müşahidə olunmaqdadır.

Bununla bağlı saytımıza texniki dəstək göstərən, “Qurium The Media Foundation” şirkəti məsələni araşdıraraq hesabatını yayımlayıb. Həmin hesabat Gununsesi.org saytına Azərbaycanda əngəlləmələr yaradıldığını təsdiq edir.

Hesabatda detalları ilə əngəlləmələrin necə və hansı şəkildə yaradıldığını göstərilir.

Həmin hesabatın gəldiyi nəticəni tərcüməsi ilə sizə təqdim edirik:

 

ANA SƏHİFƏ

» Məhkəmə Ekspertizaları »Azərbaycan »

Gununsesi.org Azərbaycanda Bloklandı

8 noyabr 2019-cu ildən başlayaraq Azərbaycanın içindəki trafiklərdə AS197830 Bakcell mobil operatorunda qəfil eniş izlədik.

Mobil operatorun mobil istifadəçilərini idarə edən 5.44.32.0/21 ön prefiksi ilə gələn trafiklərdə hərəkətlənmə-giriş enir.

Marşrut: 5.44.32.0/21

Açıqlama-Təsvir: Bakcell-Route(Xətti)-5.44.32.0 / 21

Mənşəyi: AS197830 Haqqında danışılan: 2012-05-31T02: 13: 39Z

Yaradılma tarixi: 2012-05-31T02:13:39Z Son dəyişdiirlmə: 2012-05-31T02: 13: 39Z

Qaynaq: Yetkin

Bunun bir alt təməl problemimi, yoxsa qəsdli olaraq bir web sayt əngəlləməsi olduğunu bəlli etmək üçün veb saytı başqa bir şəbəkə məkanına daşıdıq. Bloklanmanı önləyən texnik ölçmələr tətbiq etdik. Bir həftə sonra, 6 dekabr sabah ertəsi başlayan problem noyabr ayındakı hadisələrin eyni bloklanma imzaları il yenidən ortaya çıxdı.

İmzalar “Dərin Paket Yoxlaması(Müayinəsi)” ilə bloklanmanı göstərir. Şifrələri olmayan bağlantılar əlaqələri parçalayan bir “RESET”(Əvvəlki quraşdırılmış vəziyyətə döndürmə) paketi alır. İstifadəçi “Bu sayt əlçatımlı deyil” mesajını alır. Əlaqə yenilənmişdir.

 

 

Problemlə bağlı baş redaktor Pərviz Həşimli açıqlamasında bildirib ki, Aztelekom-un bu qanunsuz hərəkəti onun üçün də müəmmalidir. Sitat :”Baxmayaraq mövcud şərtlərə və şəraitə uyğun fəaliyyət göstəririk, ancaq yenə də başa düşə bilmirəm ki, nə baş verir. Biz hələ ötən ay Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadəyə müraciət etmişik. Ancaq heç bir reaksiya yoxdur. Bir neçə gün öncə yenə də eyni problemi yaşamağa başlmaşıq. Aztelekom-dan internet alan provayderlər, özəllikllə Bakcell və Nar operatorlarından saytımıza giriş imkansızdır. Biz məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik”.

Gununsesi.org