“Gününsəsi”nin xəbəri təsdiqləndi - ELÇİN QULİYEV ƏMR İMZALAYIB

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinin rəisi, general- mayor Ayaz Hüseynov vəzifəsindən azad edilib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

 

Sərəncama əsasən, general Ayaz Hüseynov silahlı qüvvələrin ehtiyatına götürülüb.

Qeyd edək ki, Ayaz Hüseynovun vəzifəsindən azad olunması barədə hələ bir həftə öncə Gununsesi.info xəbər yaymışdır. Həmən vaxt generalın yaxınları bu xəbəri təkzib etməyə çalışmışdılar.

 

Şəbnəm

Gununsesi.info