Gununsesi.info Eldar Mahmudova telefon açdı - SABİQ NAZİRİN XANIMI..

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla Gununsesi.info-nun əməkdaşı əlaqə saxlayıb.

Lakin sabiq MTN rəhbərinin mobil telefonuna onun həyat yoldaşı cavab verib.

Sabiq MTN şefinin həyat yoldaşı əməkdaşımızdan Eldar Mahmudovu nə üçün axtardığını soruşub. Keçmiş nazirin Baş Prokurorluğa çağırılmasına ilə bağlı məsələyə aydınlıq gətirməsi üçün aradığımızı nəzərinə çatdırdıqda o, bildirib ki, Eldar Mahmudovun danışmaq imkanı yoxdur.

Gununsesi.info