
Özəl xəbərin ünvanı olan Gununsesi.info saytının dəyərli kollektivi!
Sizi saytınızın yaranmasının 1 ili münasibəti ilə səmimi qəlbdən təbrik edirik! Yarandığınız bu qısa müddət ərzində təmsil etdiyiniz sayt özünəməxsus yer tutub.
Azərbaycanın dövlət müstəqilliyinə nail olduqdan sonra ötən illər ərzində ölkəmizin əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də sosial-iqtisadi islahatlar, böyük iqtisadi layihələr və özəl sahibkarlığın inkişafının təmin edilməsidir.
Gununsesi.info saytı da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycanın iqtisadi islahatlar istiqamətində aparılan islahat prosesinə geniş yer ayırır və Azərbaycanın müsbət yöndə imicinin formalaşmasına öz töhfəsini verir.
Bu baxımdan saytınıza daim irəlidə olmağı arzulayırıq!
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi