“Gürcü Arzusu” hakimiyyətinin son günlərini yaşayır -Saakaşvili həbsdən müraciət yaydı

  • By admin
  • 07 Oktyabr 2021 10:49

“Gürcü Arzusu” hakimiyyətinin son günlərini sayır.

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yaydığı müraciətdə bildirib.

O qeyd edib ki, lideri olduğu Vahid Milli Hərəkat Partiyası yerli seçkilərdə çox yaxşı nəticə əldə edib: “Biz nəinki gücdən düşməmişik, həm də daha mübariz olmuşuq. Sizinlə fəxr edirəm”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılaraq Rustavidə cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Gununsesi.info