Polşanın Tbilisidəki səfiri Mariuş Jak eks-prezident Mixail Saakaşvilidən Vivamed klinikasından götürülən analizləri çıxarmağa çalışan polşalı həkimlə insidentlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“O, artıq gəlib. Bu, səfir deyil, səfir hazırda Polşadadır. Hazırda missiyaya rəhbərlik edən şəxs hazırda nazirlə görüşür.”
İyulun 14-də Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, Saakaşvilini müayinə etmək üçün Gürcüstana gələn polşalı həkimlərdən biri “Vivamed” klinikasında Gürcüstanın keçmiş liderindən götürülmüş analizləri ayaqqabılarında gizlədərək çıxarmağa cəhd edib.
Ədliyyə Nazirliyi isə hadisəni əks etdirən görüntülər yayıb.
Breqadze açıq şəkildə Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edərək departamentdən bu məsələ ilə bağlı rəsmi Varşavanın mövqeyini öyrənməyi xahiş edib.
Qeyd edək ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlsədə, lakin saxlanılıb.
2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır. Gürcüstan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, Saakaşvili həbsdən çıxmaq üçün səhhətinin ağır olduğunu göstərir.
Eyni zamanda Saakaşvilinin anası Giuli Alasaniya daha əvvəl bildirib ki, polşalı həkimlər Gürcüstana göndərilməyə hazırdırlar, lakin onlara Tiflisdə icazə verilmir.
Breqadzenin sözlərinə görə, eks-prezidentin ailəsi müvafiq məktubu gec göndərib.
Tərcümə
Şəbnəm
Gununsesi.info