“Gürcü mətbəxi”ndə söyüşə görə azərbaycanlılar bıçaqlanıb-VURULMAMAQ ÜÇÜN VURDUM

“Gürcü mətbəxi”ndə söyüşə görə azərbaycanlılar bıçaqlanıb

 

Bir müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində “Gürcü mətbəxi” kafesindəki bıçaqlanma işi araşdırılırdı. Məhkəmə prosesi bu gün başa çatıb.

 Gununsesi.info xəbər verir ki, iki nəfəri bıçaqlamaqda təqsirli bilinən 39 yaşlı Pərviz Şabanova 7 il həbs cəzası verilib.

Hökmdən əvvəl Pərviz Şabanovun vəkili çıxış edib, özü son sözünü deyib. Vəkil bildirib ki, Pərviz Şabanov mübahisə etdiyi şəxslər tərəfindən döyülüb, onun ailə üzvləri təhqir olunub. Bu səbəbdən də hadisə baş verib. Vəkil prokurorluğun istintaq zamanı qarşı tərəfin əməllərinə hüquqi qiymət verməməsindən gileylənib: “İstintaq birtərəfli aparılıb, yanlış, ədalətsiz nəticəyə gəlib”.

Vəkilin sözlərinə görə,hadisə vaxtı kafedəkilər polisə zəng ediblər: “Sahə müvəkkili kafeyə gəlsə də, heç bir tədbir görməyib. Zərərçəkmiş şəxslər Tural Məmmədov və Kənan Qədirov müdafiə etdiyim şəxsin dostlarıdır. Həmişə bir yerdə olan insanlardır. Mübahisə yaranıb. Davada Pərvizin özü də xəsarət alıb. Amma istintaq bunları nəzərə almayıb, Pərvizə qarşı qərəzli olub”.

Pərviz Şabanov özü də deyib ki, kafedə ailə üzvləri təhqir olunub, özü döyülüb: “Mən də vurulmamaq üçün vurdum…”

Gülər

Gununsesi.info

COMMENTS