Gürcüstanın müxalifət partiyaları Tbilisidə yürüş keçirirlər.
Gununsesi.info xəbər verir ki, 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarları “Rusiya seçkilərinə yox!” şüari səsləndirirlər.
“Dəyişiklik üçün”, “Güclü Gürcüstan” və “Birlik-Milli Hərəkat” koalisiyalarının təşkil etdiyi yürüş şəhərin iki nöqtəsində başlayıb və Qəhrəmanlar meydanında başa çatacaq.
Etirazçılar 26 oktyabr seçkilərinin nəticələrinin ləğv edilməsini və yeni parlament seçkilərinin keçirilmsini tələb edirlər.
Gununsesi.info