Gürcü qızı azərbaycanlı gəncin başına necə oyun açdı? - MƏHKƏMƏ ÇARƏSİZ ATANIN HAQQINI TANIYACAQMI?

  • By admin
  • 08 Oktyabr 2021 10:14

“Muradov Nihad Fuad oğlu 2014-cü ildə Nato Gegetchkori ilə Gürcüstan Respublikasının Tiflis şəhərində ailə həyatı qurmuş, lakin ailə münasibətlərini artıq Bakı şəhərində rəsmilləşdirmişlər. Birgə ailə münasibətlərindən 12 oktyabr 2014-cü il tarixdə Tiflis şəhərində Muradova Sabina Nihad qızı adlı övladımız dünyaya gəlmişdir”.

Bu fikirlər Gununsesi.info-ya daxil olan bir şikayət məktubunda əks olunub.

Yasamal Rayon Məhkəməsinin qanunsuzluğunun da bəhs olunduğu olayla bağlı yazını təqdim edirik:

Sabina Muradova dünəyaya gələndən təxminən bir aydan sonra Bakı şəhərində qayıdıb yaşayırdılar. Sonradan, Nato Gegetchkorinin Avropa öləkələrinə getmək istəyi ilə bağlı aralarında olan münasibətlər getdikcə korlanmağa başlamışdır. 2017-ci ildə Nato Gegetchkori valideynlərinin yanına qonaq getmək bəhanəsi ilə övladları ilə birlikdə Gürcüstan Respublikasına gedəndən sonra Bakı şəhərinə daha qayıtmayacağını, yalnız Türkiyə və ya Fransaya gedəcəyini demişdir. Nihad Muradov Tiflis şəhərində övladım Sabina ilə görüşəndə isə, onun xəstə olduğunu, lakin uşaq yüksək qızdırmada olmasına baxmayaraq Nato və ailəsi tərəfindən bununla bağlı lazımi diqqət göstərilmədiyini görüb, Sabina Muradovanı 11 dekabr 2017-ci il tarixdə Bakı şəhərinə gətirmiş və bir necə gün ərzində onun tam sağalmasına nail olmuşdur.

Bundan sonra aralarında bir neçə dəfə mübahisə olmuş, Nihad Natoya uşağa laqeyd və səhlənkar yanaşmasına görə onu nəzarətsiz buraxmayacağını, uşaqla ünsiyyətdə olmaq istəyirsə Bakı şəhərinə qayıtmasını və burada yaşamasını demişdir. Çünki Sabina Muradova həm Azərbaycan Respublikasının vətəndaşı idi. Nato isə Nihadı hədələmişdir ki, uşağı ondan alıb xarici ölkələrə aparacaq və Nihad uşağı bir daha görə bilməyəcəkdir.

Bundan sonra Nato Gegetchkori Bakı şəhərinə gəlib Yasamal Rayon Məhkəməsinə uşaq və aliment tələbinə dair iddia ilə müraciət etmişdir.

Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, Sabinanın anası Nato Gegetchkorinin yanında qalması müəyyən edilmiş, eyni zamanda uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün məndən aliment tutulması qət edilmişdir.

Apellyasiya məhkəməsi həmin qətnaməni isə dəyişdirilmədən saxlamışdır.

Nihad Muradov həmin qətnamədən kassasiya şikayəti vermək niyyətində idi. Və artıq kassasiya şikayətinin verəcəyi ərafədə Nato ondan xahiş etmişdir ki, uşaqla ünsiyyətlə bağlı barışıq sazişi imzalasınlar, nə o, nə də ki qohumları heç bir şəkildə Nihada uşaqla görüşmək üçün mane olmayacaqlar, lakin Nihad kassasiya şikayətini verməsin və məsələnin məhkəmə qaydasında həlli əlavə olaraq daha altı ay çəkməsin.

Nihad Natoya inanmış və 07 mart 2019-cu il tarixdə Bakı şəhəri 05 saylı Notariat Kontorunda aralarında barışıq sazişi təsdiq edilmişdir.

Barışıq sazişin şərtlərinə əsasən Nihad uşağı Natoya vermiş, Nato isə Gürcüstan Respublikasının ərazisində uşaqla birlikdə Azərbaycana gəldikdə isə Azərbaycan Respublikasının ərazilərində Uşaqla ünsiyyətdə olmasına mane olmamalı, görüş saylarına məhdudiyyət yaratmamalı, uşaq rus bölməsində orta təhsilinin almalı, habelə istər Nihad, istərsə Nato digər tərəfin yazılı razılığı olmadan uşağı üçüncü öləkələrə aparmamalı idilər. Barışıq şərtləri Nato tərəfindən üzrlü səbəblər olmadan pozularsa, uşaq, yetkinlik yaşına çatana qədər qeyd-şərtsiz olaraq Nihadın yanında qalacaq, Azərbaycan Respublikasının ərazisində daimi yaşayıb təhsilini Azərbaycanda alacaq.

Barışıq sazişi gürcü dilinə tərcümə edilmiş və Nato Gegetchkoriyə verilmiş, lakin barışıq sazişi bu günə qədər Nato Gegetchkori tərəfindən mübahisələndirilməyib. Lakin Nato Gegetchkori Gürgüstan Respublikasına qayıdandan qısa bir müddət keçəndən sonra, bütün razılaşmanı pozmuş, Nihada əvvəlcədən xəbər vermədən və razılığını almadan uşağı götürüb daimi yaşamaq üçün Fransa Respublikasına qaçmışdır.

Nihad bu barədə məlumat əldə edəndən sonra bununla bağlı Gürcüstan Respublikası Baş Prokurorluğuna və digər rəsmi dövlət strukturlarına şikayətləri etmiş, nəticədə Gürcüstan Respublikasının dövlət orqanlarının təşəbbüsü ilə Nato Gegetchkori barəsində İnterpolun xətti ilə axtarış elan edilmiş və Natonun övladım Sabina ilə Fransada olması təsdiq olunmuşdur.

Fransa Respublikası Ədalət Məhkəməsi tərəfindən qəbul olunmuş 10 iyun 2020-ci il tarixli qərarına əsasən Sabina Muradovanın atasından xəbərsiz üçüncü bir ölkəyə çıxarılması qanunsuz hesab edilmiş, Nato Gegetchkori uşağın Gürsüstana qayıtmasını təmin edilməsi, Nihad Muradov və Nato Gegetchkorinin icazəsi olmadan Gürcüstana getmək gəlmək istisna olmaqla Fransa ərazisindən Tiflis (Gürcüstan) şəhərində anadan olmuş 12 oktyabr 2014-cü il təvəllüdlü Sabina Muradovanın çıxarılmasının qadağan edilməsi və sairə qərara alınmışdır.

Məhz bu qərardan sonra Nato Gegetchkori məcburi şəkildə uşağımızla birlikdə Gürcüstana qayıtmışdır.

Nato Gegetchkorinin Tiflis şəhərində stabil yaşayış yeri yoxdur, o, polis idarəsinin inzibati binasının ünvanı üzrə qeydiyyatdadır. Nihadın isə fərdi yaşayış evi var və övladı Sabinanın layiqli şəkildə böyüdüb tərbiyyələndirilməsi üçün bütün zəruri şərait mövcuddur.

Bundan sonra mən, Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabinanın Natodan alınıb ona verilməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara aparılıb-gətirilməsi, adına şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir.

Məhkəməyə Natonun əхlaqsız hərəkətləri ilə bağlı bir sıra sübutları təqdim edilmişdir. Nihad belə bir ana tərəfindən qız uşağına milli dəyərlərimizə uyğun olmayan tərbiyyənin verilməməsi ilə olduqca narahatdır və bunun üçün kifayət qədər əsaslar var. Həmin əsaslar məlum səbəblərdən yalnız məhkəməyə açıqlanmışdır. Lakin Yasamal Rayon Məhkəməsinin hakimi yuхarıda qeyd olunan hallarının heç birini, o cümlədən Qəyyumluq və Himayəçilik Komissiyasının uşağın Nihada verilməsi barədə rəyini nəzərə almamış, yad öləksi olan Fransa Məhkəməsi qədər belə öz vətəndaşımızın hüquqlarını qorumağa cəhd etməmiş və uşağı Natoda saхlamışdır.

Maraqlı odur ki, Yasamal Rayon Məhkəməsi nə 07 mart 2019-cu il tarixli Barışıq Sazişi, nə də ki Fransa Respublikası Ədalət Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarını ümumiyyətlə tədqiq etməmiş və onlara hər hansı hüquqi qiymət verməmişdir.

Təbii ki, Nihad bu qətnamə ilə razılaşa bilməzdi ona görə də apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinə 08 oktyabr 2021-ci il tariхdə baxılacaqdır.

Çarəsiz qalan ata indi böyük ümidlərlə öləkəmizin ədalət mühakiməsinin qərarını gözləyir ki, övlad həsrətinə son verilsin.

Gununsesi.info