Gürcü xalqından daha bir fədakarlıq nümunəsi - TBLİSİDƏ ON MİNLƏRLƏ İNSAN AVROİNTEQRASİYA TƏLƏBİ İLƏ KÜÇƏLƏRƏ AXIŞDI/

  • By admin
  • 21 İyun 2022 00:24

Bu gün axşam saatlarında Gürcüstan paytaxtı Tblisidə on minlərlə insan küçələrə axışıb.

Gununsesi.info-nun  xəbərinə görə, mövcud hakimiyyətin ölkənin Avropaya inteqrasiya yolundan çəkilməsinə etiraz edən gürcü xalqı hökumət qarşısında tələblər səsləndirib.

Gürcü xalqı bununla növbəti dəfə öz yerlərinin azad xalqların sırasında olduğunu ifadə edib.

Aksiyaya qoşulanlar hökumətdən Avropa kursunu dəstəkləməklə yanaşı, hakim partiyanın anti-Qərb ritorikasından əl çəkməsini tələb ediblər.
Gürcüstan hökuməti aksiyanı olduqca mənfi qarşılayıb.

Baş nazir İrakli Qaribaşvili mitinqi destruktiv qüvvələrin təşkil etdiyini bildirib. Hökumət vətəndaşları təxribatlara uymamağa çağıraraq ölkədə qeyri-sabitliyin yaradılmasına yol verilməyəcəyini bəyan edib.

 

Qeyd edək ki, Tblisidəki aksiya dünyanın bütün nüfuzlu KİV-lərində işıqlandırılıb.

 

Afət Abbasova

Gununsesi.info