Gürcülər xaricdə təhsilə hər il 100 milyon dollar xərcləyir

Gürcülər xaricdə təhsilə hər il 100 milyon dollar xərcləyir

2017-ci ildə Gürcüstana təhsil almağa gələn tələbələr 11 milyon dollar təhsil haqqı ödəyiblər.

Gununsesi.info xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

R.Ağayevin qeyd etdiyinə görə, Gürcüstan bundan az qala 10 dəfə çox təhsil xidmətləri idxal edib: “Yəni gürcü övladları xaricdə təhsil almaq üçün təkcə 2017-ci ildə 100 milyon dollar, 2016-ci ildə isə 105 milyon dollar xərcləyib. Əlbəttə, ilk baxışdan bu arqument haqlı görünür ki, ölkədə normal təhsil olsa, insanlar o qədər valyutanı xaricə çıxarmazdılar, həmin vəsait gürcü təhsil müəssisələrinin qazancı olardı”.

R.Ağayev əsələyə başqa yöndən də baxır: “Bu bir reallıqdır ki, son 10 ildə yüksək iqtisadi inkişaf və demokratik siyasi islahatlar yolu ilə effektiv dövlət idarəçilyi sistemi formalaşdırmaq istəyən ölkə üçün qısa müddətdə Qərb təhsili görmüş kadr potensialının formalaşdırılması çox önəmlidir. Yerli təhsil müəssisələri qısa müddətdə bu vəzifənin öhdəsindən gələsi deyil”.

Vüsalə

gununsesi.info

COMMENTS