Gürcülərin 92%-i Gürcüstanla Avropa Birliyi arasında viza rejiminin ləğv edilməsini dəstəkləyir.
Axar.az xəbər verir ki, bu nəticə Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 51%-i vizasız rejimin özləri üçün faydalı olacağını bildirib. Bu isə keçən ilə nisbətdə 13% azdır.
Gürcülərin 67%-i vizasız rejim sayəsində əhalinin çoxunun ölkədən gedəcəyini bildirib.
49% isə bunun sayəsində ölkədə xarici qaçqınların peyda olacağını düşünür.
Gununsesi.info