Gürcüstan “3+3” formatındakı görüşdə iştirak etsə… – LAVROV

  • By admin
  • 08 İyun 2022 20:20

Yaxın vaxtlarda Cənubi Qafqaz üzrə “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) formatında növbəti görüş keçiriləcək.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövud Çavuşoğlu ilə görüşdən sonra deyib.

HTML tutorial

O bildirib ki, gürcü həmkarlarının iştirakı Rusiya üçün çox mühümdür:

“Biz Cənubi Qafqazda işi necə davam etdirəcəyimiz barədə razılığa gəldik. Bildiyiniz kimi, Türkiyənin təşəbbüsü ilə “3+3” formatı yaradılıb. İlk iclası Moskvada keçirdik, gürcü həmkarlarımız iştirak edə bilmədilər, lakin onların iştirakından hər zaman məmnun olacağımızı vurğulayırıq. Növbəti görüş hazırlanır, ümid edirəm ki, biz bunu yaxın vaxtlarda elan edə biləcəyik”.

Gununsesi.info