Gürcüstan Azərbaycandan qaz alımını azaldıb

  • By admin
  • 21 Dekabr 2020 12:27

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 1,449 milyard kubmetr təbii qaz idxal edib.

Bu barədə Gununsesi.org Gürcüstan Milli Statistika İdarəsindən bildirir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% azdır.

On bir ay ərzində Gürcüstan Azərbaycandan ümumi dəyəri 59,8 milyon ABŞ dolları olan 195 min ton neft və neft yağları da idxal edib ki, bu da ötən ilin analoji göstəricisindən 33,2% çoxdur.